Bank Of Baku

Ohanyandan Ermənistanı tərk etməmək barədə yazılı iltizam alınıb

Seyran Ohanyan

© APA | Seyran Ohanyan

# 14 fevral 2023 09:22 (UTC +04:00)

Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan dindirilmək üçün ölkənin Milli Təhlükəsizlik Xidmətinə çağırılıb.

APA xəbər verir ki, bu barədə “Joğovurd” nəşri yazıb.

Ohanyan yazılı ifadə verməsə də? ona qarşı irəli sürülən ittihamı qəbul etmədiyini bildirib.

Ondan ölkəni tərk etməmək barədə yazılı iltizam alınıb.

Xatırladaq ki, Ermənistan Baş prokurorluğu tərəfindən 2008-2009-cu illərdə Seyran Ohanyanın 1,2 və 0,9 hektar sahəsi olan torpaq sahələrini Müdafiə Nazirliyinin ehtiyacının olmaması səbəbi ilə bazar qiymətindən dəfələrlə ucuz qiymətə satılması barədə qərar verməsi və vəzifə səlahiyyətlərini aşması nəticəsində ağır nəticələrə gətirib çıxaran digər əməllərdə təqsirli olması səbəbilə iddia qaldırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR