Almaniya kansleri Olaf Şolts gələn ay Çinə səfər edəcək.
APA “Reuters”ə istinadən xəbər verir ki, bu gün Olaf Şolts biznes liderlərindən ibarət nümayəndə heyəti ilə birlikdə Çinə səfər edəcəyini bildirib.
Bununla belə o, səfərin Fransa Prezidenti Emmanuel Makronla birlikdə baş tutacağı ilə bağlı məlumatı təsdiqləməyib.
Şoltsun mətbuat katibi səfərin noyabrın əvvəlində baş tuta biləcəyini qeyd edib.