Bank Of Baku

Oliqarx Vladimir Plaxotnyuk Yunanıstandan Moldovaya ekstradisiya edilib

Vladimir Plaxotnyuk

© APA | Vladimir Plaxotnyuk

# 25 sentyabr 2025 11:39 (UTC +04:00)

Yunanıstanda saxlanılan Moldova Demokratik Partiyasının keçmiş lideri Vladimir Plaxotnyuk bu gün Moldovaya ekstradisiya edilib.

APA xəbər verir ki, bu barədə Moldovanın “NewsMarker” portalı məlumat yayıb.

Məlumata görə, oliqarx Afinadan Kişinyova gətirilib.

Qeyd edək ki, Moldovada üç cinayət işi üzrə Plaxotnyukun həbsinə orderlər verilib. 2025-ci ilin fevralında İnterpol Plaxotnyuku beynəlxalq axtarışa verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR