Bank Of Baku

Ombudsman: Ermənistanda sağlamlığında ciddi problemləri olanlar hərbi xidmətə göndərilir

Ermənistanın insan hüquqları üzrə müvəkklini Anait Manasyan

© APA | Ermənistanın insan hüquqları üzrə müvəkklini Anait Manasyan

# 31 iyul 2025 15:05 (UTC +04:00)

“Ermənistan qanunvericiliyində hərbi xidmətə məhdud yararlı hesab olunan şəxslərin orduya çağırılması kimi ciddi problem var. Bəzi hallarda sağlamlığında ciddi problemləri olanlar da hərbi xidmətə göndərilir”.

APA “Sputnik-Armenia”ya istinadən xəbər verirki, bunu ölkənin insan hüquqları üzrə müvəkkli Anait Manasyan deyib.

Onun fikrincə, qanunvericilik bu kateqoriyadan olan şəxslərin hansı hallarda orduya cəlb olunmasını müəyyən edir: “Mən bu barədə mövqeyimi periodik olaraq ifadə etmişəm. Bu məsələ təkcə vətəndaşlar üçün deyil, orduda da ciddi çətinliklərə səbəb olur”.

Xatırladaq ki, bir qədər əvvəl mətbuatda Ermənistanda ürək qan-damar xəstəliyindən əziyyət çəkən 18 yaşlı Avetik Matevosyanın hərbi xidmətə göndərildiyi və son bir ayı hərbi hospitalda müalicə adığı barədə xəbərlər yayılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR