Bank Of Baku

“Orion” təyyarəsinə görə Rusiyanın “Su-27” qırıcısı havaya qaldırılıb

“Orion” təyyarəsinə görə Rusiyanın “Su-27” qırıcısı havaya qaldırılıb
# 16 yanvar 2023 21:05 (UTC +04:00)

Rusiyanın “Su-27” təyyarəsi Almaniya Hərbi Dəniz Qüvvələrinin “P-3C Orion” təyyarəsinin dövlət sərhədinə yaxınlaşması ilə əlaqədar havaya qaldırılıb, sərhəd pozulmasına yol verilməyib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya MN-nin Milli İdarəetmə Mərkəzi məlumat yayıb.

“2023-cü il yanvarın 16-da Rusiyanın Baltik dənizi üzərində hava məkanına nəzarət vasitələri Rusiya Federasiyasının dövlət sərhədinə yaxınlaşan hava hədəfi aşkarlayıb. Baltik Donanmasının hava hücumundan müdafiə qüvvələrinin döyüş növbətçiliyində olan Su-27 qırıcı təyyarəsi havaya qaldırılıb.

Rusiya təyyarəsinin ekipajı yaxınlaşan obyektin Almaniya Hərbi Dəniz Qüvvələrinə məxsus “P-3C Orion” olduğunu müəyyən edib və onu Baltik dənizi üzərində müşayiət edib. Rusiya Federasiyasının dövlət sərhədinin pozulmasına yol verilməyib”, - deyə məlumatda qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR