2023-cü ildə Rusiyadan qovulan əcnəbilərin sayı 65% artıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya daxili işlər naziri Vladimir Kolokoltsev Prezident Vladimir Putinin iştirakı ilə nazirliyin kollegiya iclasında çıxışında bildirib.
Onun sözlərinə görə, ötən il Rusiyadan 110 minə yaxın qeyri-qanuni miqrant çıxarılıb ki, bu da 2022-ci illə müqayisədə 65% çoxdur.
Nazir informasiya sistemlərinin köməyi ilə miqrantların 2 minə yaxın cinayətinin üstünün açıldığını əlavə edib.
Kolokoltsev qeyd edib ki, Daxili İşlər Nazirliyi kollektiv Qərbin gərgin vəziyyət yaratmaq cəhdlərinə baxmayaraq, Rusiyadakı vəziyyətə nəzarəti saxlaya bilib.