Avropa ölkələrinin Rusiyanın enerji resurslarından imtina etməsi XXI əsrin ən böyük sirri olaraq qalacaq.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk Avrasiya İqtisadi Forumunda çıxışı zamanı deyib.
"Yəqin ki, XXI əsrin ən böyük sirri Avropanın əsas rəqabət üstünlüyündən - Rusiyanın enerji resurslarına etibarlı çıxışından niyə imtina etdiyi sualı olaraq qalacaq", - deyə Rusiya rəsmisi vurğulayıb.
Overçukun fikrincə, Avropa ölkələrinin Rusiyadan enerji tədarükündən imtina etməsi qitənin sənayesizləşdirilməsi erasının başlaması deməkdir.