Rusiya Baş nazirin müavini Aleksey Overçuk İrəvanda Ermənistan Baş nazirin Nikol Paşinyanla görüşüb.
APA-nın Rusiya bürosu xəbər verir ki, görüşdə gündəlikdə olan ikitərəfli məsələlər müzakirə edilib.
Qeyd edək ki, A. Overçukla birlikdə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin də İrəvana səfər edib.