Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qırğızıstana işgüzar səfərə gedib.
APA xəbər verir ki, bu barədə Özbəkistan Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Mirziyoyev Çolpon-Ata şəhərində keçiriləcək Mərkəzi Asiya-Avropa İttifaqının ikinci sammitində iştirak edəcək.
Özbəkistan Prezidentinin sammit çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirəcəyi də planlaşdırılır.