Bank Of Baku

Özbəkistan MN-in anbarında partlayışda 16 nəfər xəsarət alıb - VİDEO - YENİLƏNİB

Özbəkistan MN-in anbarında partlayışda 16 nəfər xəsarət alıb - VİDEO  - YENİLƏNİB
# 22 oktyabr 2022 11:29 (UTC +04:00)

Bu gün səhər Özbəkistan Müdafiə Nazirliyinin Sırdərya vilayətində yerləşən anbarında parlayış nəticəsində 16 nəfər xəsarət alıb.

APA xəbər verir ki, respublikanın Səhiyyə Nazirliyi onlardan dördünün xəstəxanaya yerləşdirildiyi barədə məlumat yayıb.

Məlumatda bildirilir ki, yaralılar arasında ağır vəziyyətdə olan yoxdur.

İnsidentlə bağlı araşdırmalara başlanılıb.

***

07:27

Özbəkistan Müdafiə Nazirliyinin anbarında partlayış baş verib.

APA xəbər verir ki, bu barədə nazirliyin “Telegram” kanalında məlumat verilib.

“Oktyabrın 22-də saat 04:55-də (Bakı vaxtı ilə 3:55) Sırdərya rayonunun Malik kəndində Müdafiə Nazirliyinin anbarında partlayış baş verib”, - məlumatda deyilir.

Müdafiə Nazirliyi ölən və xəsarət alan olmadığını vurğulayıb.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR