Yerli vaxtla saat 11.00-a Özbəkistanda prezident seçkilərində seçici fəallığı 33,54 faiz olub və seçkilərin baş tutması üçün zəruri həddi keçib.
APA-nın xəbərinə görə, bunu Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Bahrom Kuçkarov bildirib.
Saat 11.00-a ölkə üzrə 6 milyon 464 min seçici səs verib.
Özbəkistanda seçkilərin baş tutmuş sayılması üçün seçicilərin 33 faizinin səsvermədə iştirakı zəruridir.