Özbəkistan Prezidenti Şavkat Mirziyoyev 26-27 yanvar tarixlərində Qırğızıstana səfər edəcək.
APA xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Səfər zamanı Mirziyoyev Qırğızıstan Prezidenti Sadır Japarovla görüşəcək və ölkə liderləri Qırğızıstan-Özbəkistan strateji tərəfdaşlığına dair məsələləri müzakirə edəcəklər.
Həmçinin əlavə olunub ki, Mirziyoyevin dövlət səfərindən əvvəl Qırğızıstan-Özbəkistan biznes forumunun keçirilməsi də gözlənilir.