Özbəkistan Prezidenti Şavkat Mirziyoyev noyabrın 19-da Rusiyaya səfər edəcək.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Səfər zamanı Özbəkistan dövlət başçısı Kremldə Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.