Bank Of Baku

Özbəkistan Senatı Qazaxıstanla sərhədin demarkasiyası ilə bağlı sazişi təsdiqləyib

Özbəkistan Senatı Qazaxıstanla sərhədin demarkasiyası ilə bağlı sazişi təsdiqləyib
# 23 iyun 2023 12:29 (UTC +04:00)

Özbəkistan Senatı (parlamentin Yuxarı Palatası) Qazaxıstanla dövlət sərhədinin demarkasiyası ilə bağlı sazişi təsdiqləyib.

APA xəbər verir ki, bu barədə məlumat Senatın rəsmi saytında dərc edilib.

Sazişdə qeyd olunub ki, Özbəkistan-Qazaxıstan dövlət sərhədinin müəyyənləşdirilməsi üzrə aparılan işlər tam yekunlaşıb, bununla da sərhəd təhlükəsizliyinin və toxunulmazlığının təmin edilməsi üçün ən mühüm ilkin şərtlər yaradılıb.

“Özbəkistan ilə Qazaxıstan arasında “Özbəkistan-Qazaxıstan dövlət sərhədinin demarkasiyası haqqında Müqavilənin ratifikasiyası haqqında” qanun senatorlar tərəfindən təsdiq edilib”, - deyə məlumatda bildirilib.

Həmçinin əlavə olunub ki, Qazaxıstanla dövlət sərhədinin demarkasiyası ilə bağlı Sazişi ötən ilin 21 dekabrında Özbəkistan Şavkat Mirziyoyev və Qazaxıstan lideri Kasım-Jomart Tokayev imzalayıblar.

“Son illər iki ölkə arasında siyasi, ticarət-iqtisadi, mədəni-humanitar və digər sahələrdə əməkdaşlığın yeni dövrü başlayıb”, - deyə Senatın məlumatında qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR