Özbəkistanda növbədən kənar prezident seçkilərinin vaxtı açıqlanıb.
APA xəbər verir ki, bu barə Özbəkistan Prezidentinin Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, Özbəkistanda növbədənkənar prezident seçkiləri iyulun 9-na təyin edilib.
***
12:30
Özbəkistanda növbədənkənar prezident seçkiləri keçiriləcək.
APA xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev 30 apreldə keçirilmiş referendumun nəticələrinə dair görüşdə deyib.
Özbəkistan Prezidentinin mətbuat katibi isə dövlət başçısının bununla bağlı fərman imzaladığını bildirib.