Bank Of Baku

Özbəkistanda parlamentin səlahiyyətləri genişləndiriləcək, nazirliklərin sayı azaldılacaq

Özbəkistanda parlamentin səlahiyyətləri genişləndiriləcək, nazirliklərin sayı azaldılacaq
# 20 dekabr 2022 11:43 (UTC +04:00)

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Ali Məclisə (parlament) illik müraciəti zamanı qurumun səlahiyyətlərinin genişləndiriləcəyini açıqlayıb.

APA xəbər verir ki, bu barədə “Sputnik”in Özbəkistan bürosu məlumat yayıb.

“Biz son illərdə Ali Məclisə bir çox səlahiyyətlər vermişik və bu səlahiyyətləri daha da artırmağı planlaşdırırıq”, - Mirziyoyev qeyd edib.

Prezident həmçinin hökumətdə genişmiqyaslı islahatı da elan edib.

O əlavə edib ki, ixtisarlar aparılaraq nazirlik və idarələrin sayı yarıdan çox azalacaq, nazirlərə və regional rəhbərliyə tələblər artırılacaq.

“Nazirlik və idarələrin sayı 61-dən 28-ə endiriləcək, nazirlərdən işə yanaşma tərzində dəyişiklik tələb olunacaq. Bundan sonra nazirlər köhnə üsulla işləməyəcək. Əgər nazirin öz sahəsində dəqiq strateji yanaşması yoxdursa və fəaliyyəti insanların problemlərini həll etmirsə, işinin öhdəsindən gələ bilməyən hər bir nazir istefaya getməli olacaq”, - Mirziyoyev vurğulayıb.

O, gələn ildən regionlarda idarəetmə sisteminin də dəyişəcəyini bildirib.

"Hər bir hakim (vilayət rəhbəri-red.) öz vilayətinə 40-50 milyon dollar özəl investisiya cəlb etməli olacaq və bu tələb məcburidir", - Özbəkistan Prezidenti əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR