İkinci müddətə Özbəkistan Prezidenti vəzifəsinə seçilən Şavkat Mirziyoyev ölkə parlamentinin hər iki palatasının birgə iclasında and içib.
APA-nın Özbəkistan mediasına istinadən verdiyi məlumata görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Zayniddin Nizamxocayev Şavkat Mirziyoyevə yeni Prezident şəhadətnaməsini təqdim edib.
Xatırladaq ki, Özbəkistanda Prezident seçkiləri oktyabrın 24-də keçirilib. MSK-nın məlumatına görə, seçkilərdə seçicilərin 80,4%-i iştirak edib. Şavkat Mirziyoyev 80,12% səs toplayıb. Ondan başqa dövlət başçısı postu uğrunda daha dörd namizəd mübarizə aparıb.