Bank Of Baku

Parlament sədri: Gürcüstanda hökumət çevrilişinə hazırlıqlar davam edir

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili

© APA | Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili

# 23 oktyabr 2024 11:13 (UTC +04:00)

Bir çox şey Gürcüstanda hökumət çevrilişinə hazırlıqların davam etdiyini göstərir.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib.

“Bir çox şey göstərir ki, oktaybrın 27-nə və qeyri-konstitusion hökumət dəyişikliyinə hazırlıqlar davam edir. Bunu çevriliş və ya başqa bir şey adlandıra bilərsiniz. Bu, 2020-ci ildəki cəhdin təkrarıdır”, - Papuaşvili deyib.

Spiker, həmçinin, müxalifətin seçki kampaniyasının ölkə xaricindən idarə olunduğunu əlavə edib.

Xatırladaq ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri baş tutacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR