Bank Of Baku

Paşinyan: ATƏT-in Minsk qrupu heç vaxt faydalı olmayıb

Ermənistanın Baş naziri Nikol Paşinyan

© APA | Ermənistanın Baş naziri Nikol Paşinyan

# 10 sentyabr 2025 20:51 (UTC +04:00)

ATƏT-in Minsk qrupunun fəaliyyəti Qarabağ münaqişəsinin həllinə deyil, onun dərinləşməsinə xidmət edib.

APA Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

Onun sözlərinə görə, Qarabağ məsələsi artıq çoxdan həll olunmuşdu, lakin bu barədə İrəvana məlumat verilmirdi.

"Əslində söhbət Ermənistanın özündən gedirdi. Çünki bu məsələ Ermənistanın ərazi bütövlüyünün parçalanmasına, suverenlik və müstəqilliyin itirilməsinə gətirib çıxaracaqdı. Minsk qrupundakı bütün danışıqlar da bunun üzərində qurulmuşdu. Bizim asılılıqlarımızın ikiqat, üçqat, onqat artırılması üçün”, - Baş nazir vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR