Paşinyan: Bir çox Ermənistan vətəndaşı övladlarının hərbi xidmətdən yayınması üçün ölkəni tərk edib

Ermənistan Baş naziri Nikol Paşinyan

© APA | Ermənistan Baş naziri Nikol Paşinyan

# 20 may 2024 18:48 (UTC +04:00)

Ermənistanın bir çox sakini övladlarının hərbi xidmətdən yayınması üçün mühacirət ediblər.

APA xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan demoqrafik strategiyanın müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, Ermənistandakı mövcud demoqrafik vəziyyəti və demoqrafik strategiyanı müzakirə edərkən bir sıra aşkar amillər, xüsusən də neçə nəfərin övladının hərbi xidmətdən yayınması üçün Ermənistan Respublikasından mühacirət etməsi nəzərə alınmır.

Paşinyan hesab edir ki, bu insanların böyük potensialı olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR