Bank Of Baku

Paşinyan bu gün Gürcüstana səfərə gedəcək

Paşinyan bu gün Gürcüstana səfərə gedəcək
# 26 yanvar 2024 11:25 (UTC +04:00)

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Gürcüstana işgüzar səfərə gedəcək.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstanın hökumət administrasiyası yayıb. Bildirilib ki, Nikol Paşinyan səfər çərçivəsində gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə təkbətək görüş keçirəcək. Görüşdən sonra Gürcüstan-Ermənistan Hökumətlərarası İqtisadi Komissiyasının iclasının keçirilməsi planlaşdırılır.

Paşinyan və Qaribaşvili həmçinin mətbuata birgə bəyanatla da çıxış edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR