Bank Of Baku

Paşinyan dövlətə xəyanət faktları ilə bağlı dindirilib

Paşinyan dövlətə xəyanət faktları ilə bağlı dindirilib
# 18 aprel 2023 17:05 (UTC +04:00)

Ermənistanın Baş naziri Nikol Paşinyan dövlətə xəyanət faktları ilə bağlı dindirilib.

APA xəbər verir ki, bu barədə Paşinyan parlamentdə hökumətin 2022-ci il üçün proqramının icrası ilə bağlı hesabatın müzakirəsi zamanı çıxışında bildirib.

“Bəli, məni hərtərəfli şəkildə dindiriblər və nə qədər lazımdırsa, məni də o qədər dindirəcəklər", - Paşinyan təsdiqləyib.

O həmçinin müxalifət deputatlarını 44 günlük müharibənin şəraitini araşdırmaq üçün komissiyanın iclaslarında iştirak etməyə çağırıb:

“Sizə müraciət edirəm: gəlin məni komissiyada dindirin”, - Paşinyan qeyd edib.

Xatırladaq ki, Paşinyan bir müddət öncə bildirmişdi ki, istintaq orqanı tərəfindən 53 nəfər dövlətə xəyanətdə ittiham olunur və onların əksəriyyəti hərbçilərdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR