Bank Of Baku

Paşinyan erməni kilsəsini növbəti dəfə sərt tənqid edib

Ermənistan Baş naziri Nikol Paşinyan

© APA | Ermənistan Baş naziri Nikol Paşinyan

# 04 iyun 2025 10:18 (UTC +04:00)

Yüksək rütbəli ruhanilərin bir hissəsi başa düşmür ki, Erməni Apostol Kilsəsi xalqın kilsəsidir, hər birimizin kilsəsidir.

APA xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.

O, “Erməni Apostol Kilsəsinin subaylıq andının pozulması ilə murdarlandığını” qeyd edib.

Baş nazir bəyan edib ki, “subaylıq andını pozan ruhanilər mənəvi xidmətə davam edə bilməzlər”.

Qeyd edək ki, Nikol Paşinyan artıq bir müddətdir erməni kilsəsini tənqid edir. O, Katolikos II Qareginin subaylıq andını pozub-pozmadığı sualına dərhal cavab tələb edir. Paşinyan qeyd edib ki, II Qareginin övladı varsa, o, bütün ermənilərin katolikosu ola bilməz.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR