Bank Of Baku

Paşinyan: Ermənistan TRIPP layihəsinin icrasına faktiki olaraq başlayıb

Ermənistanın Baş naziri Nikol Paşinyan

© APA | Ermənistanın Baş naziri Nikol Paşinyan

# 02 noyabr 2026 12:05 (UTC +04:00)

Ermənistan hökuməti “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (TRIPP) layihəsinin həyata keçirilməsinə faktiki olaraq başlayıb.

"News-Armenia" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün 2027-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı parlamentin daimi komissiyalarının birgə iclasında bildirib.

Paşinyan qeyd edib ki, Ermənistan hökuməti TRIPP layihəsi çərçivəsində dəmir yolu, avtomobil yolu və elektrik xətlərinin layihələndirilməsi işlərinin sifarişinə öz təşəbbüsü ilə başlayacaq.

“TRIPP-in inkişafı üzrə şirkət yaradılana qədər Ermənistan hökuməti öz təşəbbüsü ilə layihə çərçivəsində dəmir yolu, avtomobil yolu və elektrik xətləri üzrə layihələndirmə işlərini sifariş edəcək. Biz vaxt itirmək istəmirik. TRIPP-in inkişafı üzrə şirkət yaradılan kimi Ermənistan hökuməti artıq görülmüş işləri ona təhvil verəcək”, – Baş nazir bildirib.

Paşinyan vurğulayıb ki, bu layihə sayəsində Ermənistan 30 ildən artıqdır davam edən tədrici aradan qaldıra biləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR