Paşinyan: Ermənistan-Türkiyə sərhədlərinin açılması qlobal əhəmiyyət daşıyacaq

Paşinyan: Ermənistan-Türkiyə sərhədlərinin açılması qlobal əhəmiyyət daşıyacaq
# 10 yanvar 2023 12:29 (UTC +04:00)

İrəvan və Ankara təkcə danışıqlar aparmamalıdır, prosesin dinamikasını artıran konkret addımlar da atılmalıdır.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.

O, hər iki ölkənin xüsusi nümayəndələrinin fəaliyyətinin vacibliyini, Ərdoğanla birbaşa danışıqların əhəmiyyətini vurğulayıb və üçüncü ölkə vətəndaşları üçün yaxın vaxtlarda sərhədlərin açılacağına ümid etdiyini qeyd edib.

“Nəqliyyat əlaqələri nəzərindən regionun logistik əhəmiyyəti dəyişir, daha vacib rol oynayır. Ermənistanla Türkiyə arasında sərhədlərin, o cümlədən dəmir yolunun açılması qlobal əhəmiyyət daşıyacaq. Həmçinin Azərbaycanla Naxçıvan, İranla Azərbaycan, Ermənistanla Rusiya arasında əlaqələrin inkişafında əhəmiyyətli olacaq”, - Paşinyan vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR