Bank Of Baku

Paşinyan Gürcüstanda səfərdədir - YENİLƏNİB

Paşinyan Gürcüstanda səfərdədir - YENİLƏNİB
# 20 dekabr 2021 13:55 (UTC +04:00)

Ermənistanın Baş naziri Nikol Paşinyan Gürcüstanda səfərdədir.

APA-nın yerli bürosunun xəbərinə görə, N. Paşinyanı hava limanında Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani qarşılayıb.

N. Paşinyanın gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə təkbətək görüş keçirəcəyi, həmçinin Hökumətlərarası İqtisadi Komissiyanın iclasında iştirak edəcəyi bildirilib.

***

saat 11:30

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Gürcüstana işgüzar səfərə gedəcək.

APA-nın Gürcüstan bürosunun yerli mətbuata istinadən verdiyi xəbərə görə, N. Paşinyan gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə təkbətək görüş keçirəcək, daha sonra Hökumətlərarası İqtisadi Komissiyanın iclası keçiriləcək.

İclasda Gürcüstan və Ermənistan hökumətinin üzvləri, müvafiq qurumların nümayəndələrinin iştirak edəcəyi bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR