Bank Of Baku

Paşinyan Gürcüstanda səfərdədir - YENİLƏNİB

Paşinyan  Gürcüstanda səfərdədir - YENİLƏNİB
# 07 iyul 2023 17:24 (UTC +04:00)

Ermənistanın Baş naziri Nikol Paşinyan Gürcüstanda işgüzar səfərdədir.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, Paşinyanı Batumi beynəlxalq hava limanında Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, həmçinin Acarıstan hökumətinin sədri Tornike Rijvadze qarşılayıb.

Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyətinə Ermənistan hökumətinin yüksək vəzifəli rəsmilərinin daxil olduğu bildirilib.

Səfər çərçivəsində iki ölkənin baş nazirləri arasında təkbətək və geniş tərkibdə görüşlər keçiriləcək.

***

12:16

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Gürcüstana işgüzar səfər edəcək.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstanın hökumət administrasiyası yayıb. Qeyd olunub ki, Paşinyan səfəri çərçivəsində Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə təkbətək və geniş tərkibdə görüşlər keçirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR