Paşinyan: Hazırda danışıqlar masası üzərində Ermənistanın gələcəyidir

Paşinyan: Hazırda danışıqlar masası üzərində Ermənistanın gələcəyidir
# 26 aprel 2024 16:10 (UTC +04:00)

“Elə bir məqama gəlib çatmışıq ki, hazırda danışıqlar masası üzərində Ermənistanın gələcəyidir”.

APA-nın “news.am”a istinadən xəbərinə görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

O deyib ki, hakimiyyətin qarşısında Ermənistanın yaxın onilliklər ərzində mövcudluğu ilə bağlı həll edilməli olan vacib məsələ dayanır:

“İndi ölkəmizdə həm yol, həm kənd, həm də ev problemləri var. Lakin həll etməli olduğumuz məsələ təkcə bunlarla məhdudlaşmır. Hakimiyyət Ermənistanın yaxın onilliklər ərzində mövcud olub-olmayacağı ilə bağlı suala cavab tapmalıdır. Bizim missiyamız son dərəcə önəmli olan bu mərhələni keçməkdən ibarətdir” – Ermənistan hökumətinin başçısı belə deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR