Bank Of Baku

Paşinyan: II Qareginin subaylıq andını pozması məsələsi təcili aydınlaşdırılmalıdır

Nikol Paşinyan

© APA | Nikol Paşinyan

# 03 iyun 2025 11:06 (UTC +04:00)

Nikol Paşinyan Katolikos II Qareginin subaylıq andını pozub-pozmadığı sualına dərhal cavab tələb edir.

APA xəbər verir ki, Ermənistanın Baş naziri bu barədə “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, Eçmiədzin II Qareginin subaylıq andını pozduğunu və uşağı olub-olmadığını dərhal aydınlaşdırmalıdır.

“Bu məsələ təcili şəkildə aydınlaşdırılmalıdır”, - Paşinyan vurğulayıb.

Qeyd edək ki, Paşinyan ötən gün deyib ki, II Qareginin övladı varsa, o, bütün ermənilərin katolikosu ola bilməz.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR