Ermənistan Baş naziri Nikol Paşinyan ATƏT-in keçmiş Minsk qrupunun böhran içərisində olduğunu etiraf edib.
APA "Armenpress"ə istinadən xəbər verir ki, Paşinyan bu gün parlamentdə müxalif deputatların suallarına cavab olaraq bildirb ki, ATƏT-in keçmiş Minsk Qrupunun həmsədrləri bir-biri ilə danışmırlar.
Paşinyan bildirib ki, keçmiş Minsk Qrupunun həmsədrləri bir-biri ilə danışmırlar.
"Mən onunla danışmayacağam, mən onunla eyni masada oturmayacağam" deyirlər", - Paşinyan qeyd edib.