Bank Of Baku

Paşinyan kilsənin dövlətə maliyyə hesabatlılığı verməsini təmin etmək niyyətindədir

Ermənistanın Baş naziri Nikol Paşinyan

© APA | Ermənistanın Baş naziri Nikol Paşinyan

# 02 iyun 2025 13:52 (UTC +04:00)

Ermənistanın hakim “Mülki müqavilə” partiyasının parlament fraksiyası kilsənin dövlətə maliyyə hesabatlılığının təmin edilməsi haqqında qanun layihəsini irəli sürmək niyyətindədir.

APA Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə fraksiyanın katibi Artur Ovannisyan “Facebook”da yazıb.

“Şənbə və bazar günləri “Facebook” səhifəmdə “Erməni Apostol Kilsəsi dövlətə maliyyə hesabatı verməlidirmi?” sorğu keçirdim. Sorğuda 2 679 istifadəçi iştirak edib: 96% (2 575) hə, 4% (104) yox deyib. Bu istiqamətdə qanunvericilik işləri aparılmalıdır”, - o qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR