Paşinyan: KTMT Baş katibinin müavini vəzifəsinə nümayəndəmiz təyin oluna bilər

Nikol Paşinyan

© APA | Nikol Paşinyan

# 14 mart 2023 13:04 (UTC +04:00)

Ermənistan öz təhlükəsizliyinin gücləndirilməsinə əmin olsa, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Baş katibinin müavini vəzifəsinə öz nümayəndəsinin təyin olunmasına razılıq verəcək.

APA xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.

“Ermənistan KTMT-dən çıxmaq fikrində deyil, lakin təşkilat ölkəmizdəki mövqelərini tərk edir” – deyə o qeyd edib.

Xatırladaq ki, Ermənistan KTMt Baş katibinin müavini postu üçün ona verilən kvotadan imtina etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR