Paşinyan Misir Prezidenti ilə regional məsələləri müzakirə edib

Paşinyan Misir Prezidenti ilə regional məsələləri müzakirə edib
# 05 mart 2024 16:22 (UTC +04:00)

Ermənistan Baş naziri Nikol Paşinyan Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşüb.

APA Ermənistan KİV-ə istinadən xəbər verir ki, Qahirədə keçirilən danışıqlardan sonra Əbdülfəttah əs-Sisi Cənubi Qafqazda hərtərəfli və ədalətli sülhün əldə olunmasına ümid etdiyini, sülh prosesini dəstəklədiyini bildirib.

Tərəflər həmçinin siyasi əlaqələrin yüksək səviyyəsinə uyğun olaraq ticarət həcmini artırmağa, o cümlədən süni intellekt, qida və əczaçılıq sənayesi sahəsində tədqiqatlar da daxil olmaqla, yeni əməkdaşlıq sahələri açmağa hazır olduqlarını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR