Bank Of Baku

Paşinyan Moskvadan Nyu-Yorka gedir

Nikol Paşinyan

© APA | Nikol Paşinyan

# 26 sentyabr 2025 12:57 (UTC +04:00)

Ermənistan Baş naziri Nikol Paşinyan Moskvadan Nyu-Yorka gedir.

APA xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesablarında bildirib.

Ermənistan liderinin mətbuat katibi Nazeli Baqdasaryanın sözlərinə görə, Paşinyan 26-27 sentyabr tarixlərində ABŞ-da işgüzar səfərdə olacaq. Eyni zamanda, Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak edəcək.

Qeyd edək ki, Nikol Paşinyan Rusiya Federasiyasına işgüzar səfər edib. O, ötən gün Moskvada “Beynəlxalq Nüvə Həftəsi” konfransında iştirak edib, Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR