Paşinyan müxalifətin parlamentin qarşısında təxribat törədəcəyini istisna etmir

Ermənistanın Baş naziri Nikol Paşinyan

© APA | Ermənistanın Baş naziri Nikol Paşinyan

# 12 iyun 2024 15:42 (UTC +04:00)

Ermənistanın Baş naziri Nikol Paşinyan etiraz aksiyaları fonunda müxalifətin parlament binasının qarşısında təxribat törədəcəyini istisna etməyib.

APA-nın “Sputnik Armenia”ya istinadən xəbərinə görə, hökumət başçısı jurnalistlərə açıqlamasında təhlükəsizlik tədbirlərini məhz bununla əsaslandırıb.

“Əgər polis və Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları ərazidə təhlükəsizlik tədbirlərini gücləndirirsə, deməli onların əlində bəzi qrupların burada təxribat törədəcəyinə dair informasiya var”, – Paşinyan fikirlərini yekunlaşdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR