Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edib.
APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti açıqlama verib.
Tərəflər Ermənistanın KTMT-yə müraciəti ilə bağlı qəbul edilən qərarların reallaşmasını müzakirə edib.
Bundan əlavə o, Fransa Prezidenti Emmanuel Makronla da telefon danışığı aparıb.
Telefon danışığı zamanı Azərbaycan-Ermənistan sərhədindəki son hadisələr müzakirə olunub.
Makron sülh danışıqları çərçivəsində əməkdaşlığa hazır olduğunu diqqətə çatdırıb. Tərəflər Ermənistanın BMT-yə müraciətini də müzakirə ediblər.