Bank Of Baku

Paşinyan Putindən sonra Makronu da Vaşinqton görüşü barədə məlumatlandırıb

Paşinyan Putindən sonra Makronu da Vaşinqton görüşü barədə məlumatlandırıb
# 11 avqust 2025 15:59 (UTC +04:00)

Ermənistan Baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.

APA xəbər verir ki, bu barədə Paşinyanın mətbuat katibi Nazeli Bağdasaryan "Facebook"da bildirib.

Onun sözlərinə görə, Paşinyan avqustun 8-də ABŞ-ın paytaxtı Vaşinqtonda "Ermənistanla Azərbaycan arasında sülhün və dövlətlərarası münasibətlərin bərqərar olması haqqında Saziş"in paraflanması, ATƏT-in Minsk qrupunun mexanizmlərinin ləğvi, regional kommunikasiyaların ərazi bütövlüyü, suverenlik və yurisdiksiya prinsipləri çərçivəsində açılması və qarşılıqlı olaraq ATƏT-ə birgə müraciət edilməsi, eyni zamanda, "beynəlxalq sülh və firavanlıq naminə Tramp yolu" layihəsi üzrə aparılan danışıqların nəticələri barədə Fransa Prezidentini məlumatlandırıb.

Paşinyan vurğulayıb ki, sülh Ermənistanda və regionda yeni investisiya imkanları açır.

Ermənistan və Fransa liderləri ikitərəfli və beynəlxalq gündəm ətrafında fəal siyasi dialoqun davam etdirilməsinə qarşılıqlı hazır olduqlarını bildiriblər.

Ermənistan Baş naziri Paşinyan davamlı dəstəyinə görə Fransa Prezident Makrona təşəkkür edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR