Bank Of Baku

Paşinyan: Putinlə görüşdə münasibətlərdə yığılıb qalmış problemlər dilə gətiriləcək

Paşinyan: Putinlə görüşdə münasibətlərdə yığılıb qalmış problemlər dilə gətiriləcək
# 07 may 2024 13:32 (UTC +04:00)

Ermənistan Baş naziri Nikol Paşinyan sabah Moskvaya gedəcəyini təsdiqləyib.

APA xəbər verir ki, bu barədə Paşinyan bugünkü mətbuat konfransında bildirib.

Paşinyan Avrasiya İqtisadi İttifaqının iclasına sədrlik edəcəyini, daha sonra Vladimir Putinlə görüşəcəyini qeyd edib.

"Münasibətlərimizin bütün gündəmini müzakirə edəcəyik", - Paşinyan deyib.

O qeyd edib ki, Rusiya ilə münasibətlərdə yığılıb qalmış çoxlu problemlər var və onlar dilə gətiriləcək.

Paşinyan Rusiya Federasiyası ilə münasibətlərin gündəmini son dərəcə müxtəlif adlandırıb. “Rusiya Federasiyası ilə dostluq münasibətləri kontekstindən neqativləri çıxarmaq üçün digər məsələlərlə yanaşı, mövcud problemlər də səsləndirilir”, o deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR