Paşinyan: Rusiya rəsmiləri Ermənistanda hakimiyyəti devirməyə çağırıblar

Paşinyan: Rusiya rəsmiləri Ermənistanda hakimiyyəti devirməyə çağırıblar
# 23 fevral 2024 04:47 (UTC +04:00)

Rusiya rəsmiləri 2023-cü ilin payızında Ermənistanda dövlət hakimiyyətini devirməyə çağırıblar.

APA-nın məlumatına görə, bu açıqlama ilə Ermənistanın baş naziri Nikol Paşinyan çıxış edib.

"2023-cü ilin sentyabr və oktyabr aylarında Rusiyanın yüksək rütbəli məmurları Ermənistan əhalisini açıq şəkildə hökuməti devirməyə çağırıblar”, - hökumət başçısı “France 24” telekanalına müsahibəsində bildrib.

Paşinyanın sözlərinə görə, Rusiya telekanalları “son altı il ərzində antierməni təbliğatı ilə məşğul olub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR