Ermənistan Baş naziri Nikol Paşinyan sabah ölkə parlamentinin iclasında iştirak edəcək.
APA xəbər verir ki, bu barədə “aysor.am” xəbər saytı məlumat yayıb.
Qeyd olunub ki, parlamentin sabah keçiriləcək növbədənkənar iclasında müxalif “Hayastan” və “Mənim şərəfim var” fraksiyaları da iştirak edəcək.
İclas zamanı Nikol Paşinyan “Ermənistan hökumətinin 2021-2026-cı illər üçün nəzərdə tutulan fəaliyyət proqramı”nın 2022-ci ildə icrasının gedişatı və nəticələri haqqında məruzə ilə çıxış edəcək.