Bank Of Baku

Paşinyanın iclasda iştirakından əvvəl Təhlükəsizlik Xidmətinin əməkdaşları parlamentdə stulları belə yoxlayıb - VİDEO

Ermənistan Baş naziri Nikol Paşinyan

© APA | Ermənistan Baş naziri Nikol Paşinyan

# 12 iyun 2024 11:14 (UTC +04:00)

Bu gün keçiriləcək “Hökumət saatı” ilə bağlı Ermənistan parlamentində təhlükəsizlik tədbirləri gücləndirilib.

APA-nın “news.am”a istinadən xəbərinə görə, təhlükəsizlik xidmətinin əməkdaşları həm deputat yerləri, həm də tribuna üzərindəki su şüşələrini toplayıblar. Bundan başqa, onlar parlementdə stulları da diqqətlə yoxlayıblar.

Jurnalistlərə isə iclas başlayanadək zala buraxılmayacaqları deyilib.

Qeyd edək ki, bugünkü toplantıda Baş nazir Nikol Paşinyan da iştirak edəcək.

Buna paralel olaraq, müxalifət lideri, arxiyepiskop Baqrat Qalstanyan tərəfdarlarını yerli vaxtla saat 15:00-da qanunverici orqanın qarşısında etiraz aksiyasına çağırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR