Bank Of Baku

Paşinyanın malikanəsinin təmirinə 2 milyon dollar xərclənəcək

Paşinyanın malikanəsinin təmirinə 2 milyon dollar xərclənəcək
# 27 sentyabr 2019 13:02 (UTC +04:00)

Ermənistanın Baş naziri Nikol Paşinyanın malikanəsinin təmir işlərinə 2 milyon ABŞ dolları məbləğində vəsait xərclənəcək. 

APA-nın xəbərinə görə, bu barədə “Hraparak” nəşri öz mənbələrinə istinadən xəbər yayıb. 

Nəşrin yazdığına görə, əvvəllər sabiq prezident Serj Sarkisyanın yaşadığı malikanədə hazırda tam sürətlə əsaslı təmir-tikinti işləri aparılır. Demək olar ki, malikanənin dizaynı, otaqların yeri dəyişdirilib.

Qeyd olunub ki, malikanənin hazırkı vəziyyəti Paşinyan və ailəsini qane etmədiyindən, onlar orada yaşamaq istəmirlər. Təmir işlərinə isə 2 milyon ABŞ dolları həcmində vəsait sərf olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR