Bank Of Baku

Paşinyanın müavini: Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası prosesi dalana dirənməyib, növbəti görüşə hazırlıq gedir

Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan

© APA | Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan

# 09 dekabr 2024 14:06 (UTC +04:00)

Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası prosesi dalana dirənməyib.

APA-nın “Arminfo”ya istinadən xəbərinə əsasən, bunu Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan deyib.

“Tərəflər növbəti görüşə hazırlaşsa da, onun dəqiq tarixi və formatı barədə razılaşma hələ ki yoxdur”, - Nikol Paşinyanın müavini bildirib.

O, həmçinin delimitasiyanın sərhədin hansı istiqamətində davam edəcəyini açıqlamayıb.

M.Qriqoryanın sözlərinə görə, tərəflər növbəti görüşdə nəqliyyat kommunikasiyalarının açılması məsələsini də nəzərdən keçirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR