Ermənistan Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyan ona hücum olunduğu barədə yayılan məlumatları təkzib edib.
APA Sputnik Armenia-ya istinadən xəbər verir ki, o, nə siyasi, nə də digər səbəbdən ona hücum edilmədiyini deyib.
Xatırladaq ki, Aşot Paşinyana hücum olunması barədə məlumatı dünən Ermənistan parlamentinin spikeri Alen Simonyan yaymışdı.