Ermənistanda hakim "Vətəndaş Müqaviləsi" partiyası prezident postuna yüksək texnologiya sənayesi naziri Vaaqn Xaçatryanın namizədliyini irəli sürüb.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Prezident səlahiyyətlərini müvəqqəti icra edən parlament spikeri Alen Simonyan bildirib.
Onun namizədliyinin yaxın zamanlarda parlamentdə səsverməyə qoyulması gözlənilir.