Bank Of Baku

Paşinyanın partiyasının keçmiş üzvü dövlət sirrini yaymaqda günahlandırılır

Ovik Aqazaryan

© APA | Ovik Aqazaryan

# 16 dekabr 2024 18:00 (UTC +04:00)

Ermənistan Parlamentinin deputatı, hakim “Vətəndaş müqaviləsi” partiyasının keçmiş üzvü Ovik Aqazaryan dövlət sirrini yaymaqda ittiham edilir.

APA-nın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, ölkənin Antikorrupsiya Komitəsi məlumat yayıb.

Bildirilib ki, onun barəsində sonuncu ittiham da daxil olmaqla, üç ayrı epizod üzrə qaldırılan cinayət işlərinin istintaqı davam etdirilir. O.Aqazaryan xırdabuynuzlu heyvanların qanunsuz olaraq BƏƏ-yə ixracı, habelə oğluna məxsus avtomobillərin müsadirəsinə qanunsuz müdaxilə etməkdə təqsirləndirilir.

Bununla belə, onun məhz hansı dövlət sirrini yaydığı açıqlanmayıb.

Qeyd edək ki, O.Aqazaryan dekabrın 5-də hakim partiyanın sıralarından xaric edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR