Bank Of Baku

Paşinyanın Rusiyaya səfəri aprelin ikinci ongünlüyünə planlaşdırılıb

Nikol Paşinyan

© APA | Nikol Paşinyan

# 25 mart 2022 22:56 (UTC +04:00)

Ermənistanın Baş naziri Nikol Paşinyanın diplomatik münasibətlərin 30 illiyi münasibəti ilə Rusiyaya rəsmi səfəri aprelin ikinci ongünlüyünə planlaşdırılıb.

APA-nın TASS-a istinadla xəbərinə görə, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirib.

Paşinyandan əvvəl Moskvaya Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan səfər edəcək.

“Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya rəsmi səfəri aprelin ikinci ongünlüyünə, xarici işlər naziri Ararat Mirzoyan işçi səfəri isə aprelin 8-nə nəzərdə tutulub” – deyə Zaxarova bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR