Bank Of Baku

Paşinyanla Zelenski Qranadada görüşüb - FOTO - YENİLƏNİB

Paşinyanla Zelenski Qranadada görüşüb - FOTO  - YENİLƏNİB
# 05 oktyabr 2023 16:45 (UTC +04:00)

Ermənistanın Baş naziri Nikol Paşinyanla Ukrayna Prezidenti Vladimir Zelenski Qranadada görüşüb.

APA xəbər verir ki, bu barədə Zelenski “X” platformasında yazıb.

“Ermənistanın Baş naziri Nikol Paşinyanla indiyə qədər baş tutan ilk görüşümüz zamanı Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə etdik.

Ukrayna Cənubi Qafqazda sabitliyin təmin edilməsində və region xalqları ilə dostluq münasibətlərində maraqlıdır.

Biz ikitərəfli əməkdaşlığımızı və regionlararası iqtisadi layihələri də müzakirə etdik”, - deyə Zelenski qeyd edib.

***

16:07

Ermənistan Baş naziri Nikol Paşinyanla Ukrayna Prezidenti Vladimir Zelenski arasında Qranadada qısamüddətli görüş baş tutub.

APA xəbər verir ki, bu barədə Ermənistan “Telegram” kanalları məlumat yayıb.

Ermənistan və Ukrayna liderlərini hər iki ölkənin XİN rəhbərləri müşayiət edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR