Patriarx Kirill: Rusiyanın miqrasiya siyasətində ciddi düzəlişlərə ehtiyacı var

Patriarx Kirill: Rusiyanın miqrasiya siyasətində ciddi düzəlişlərə ehtiyacı var
# 28 noyabr 2023 19:16 (UTC +04:00)

Rusiyanın miqrasiya siyasətinə düzəliş etmək lazımdır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Ümumdünya Rus Xalq Kilsəsinin plenar iclasında çıxışında bildirib.

O, əks halda bütün rus dünyası üçün təhlükələrin davam edəcəyi ilə bağlı xəbərdarlıq edib.

“Mən əminəm ki, Rusiyanın miqrasiya siyasətində ciddi düzəlişlərə ehtiyacı var. Praktika göstərdi ki, milli diaspor və klanlarla razılığa gəlmək cəhdləri baş tutmadı, hansılar ki, nəinki öz nümayəndəsini qanuna uyğun olaraq ədalətli cəzadan xilas etmək üçün onun müdafiəsinə qalxmağa, həm də onları cəzalandırmaq niyyəti ilə cinayət barədə məlumat verən, hüquq-mühafizə orqanlarına müraciət etməyə cəsarət edən hər kəsdən hər cür qisas almağa hazırdırlar", deyə Rus Provaslav Kilsəsinin rəhbəri qeyd edib.

Patriarx miqrasiya problemlərinin həllində oxşar problemlərlə üzləşən digər ölkələrin təcrübəsindən istifadə edilməsini dəstəklədiyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR