Rusiya Patriarxı Kirillə məxsus olduğu iddia edilən "Aurus" Moskvanın mərkəzində qəzaya düşüb.
APA-nın Moskva müxbiri yerli KİV-ə istinadən xəbər verir ki, hadisə Sülh prospekti ilə Bolniçnıy döngəsinin kəsişməsində baş verib
Hökumət dövlət qeydiyyat nişanlı “Aurus” “Volvo” markalı avtomobillə toqquşub. Avtomobillərin toqquşması nəticəsində bir nəfər xəsarət alsa da, o, xəstəxanaya yerləşdirilməkdən imtina edib.
Rus Pravoslav Kilsəsi Patriarx Kirilin "Aurus" markalı avtomobilinin qəzaya uğraması ilə bağlı xəbərləri təkzib edib.
"Bu xəbərlər həqiqətə uyğun deyil. Hazırda Patriarx Kirillə birlikdə "Aurus" markalı avtomobil Xilaskar Məsih Kilsəsinə doğru hərəkət edir", - deyə Patriarxlıqdakı mənbə "İnterfaks"a bildirib.